Bank Of Baku

«Akkord» 1500 işçini müvəqqəti məzuniyyətə göndərib

«Akkord» 1500 işçini müvəqqəti məzuniyyətə göndərib
# 08 yanvar 2009 13:38 (UTC +04:00)
Şirkət bunun müvəqqəti olduğunu qeyd edir və işçilərin məzuniyyətə göndərilməsinin son günlər ölkədə hava şəraitinin sərtləşməsi səbəbindən müxtəlif infrastruktur layihələri üzrə işlərdə fasilələrin yaranması ilə əlaqələndirir.
Məlumatda həmçinin qeyd olunur ki, artıq «Akkord»un gördüyü bir çox işlər yekunlaşıb. Paytaxtın müxtəlif istiqamətlərində yolların - Balaxanı-Mehdiabad yolu, respublikada ilk beton örtüklü Zığ dairəsi-Heydər Əliyev Hava Limanı Yolu, «Ramstor» yaxınlığında 4 yolötürücüsü, 2 tunel və 1 dəmiryolu körpüsündən ibarət kompleks, həmçinin ümumilikdə 2000-dən artıq mənzil fonduna malik 3 yaşayış binası və 1 yaşayış kompleksi və s. layihələr tamamlanaraq istifadəyə verilib. Hazırda 3 yaşayış kompleksi və bir şəhərcikdə isə işlər son tamamlanma mərhələsindədir. Bakı-Rusiya sərhədi yolunun 120 km-lik hissəsinin beton örtüklə yenidən qurulması işləri yekunlaşır. Həmçinin, Bakı-Şamaxı yolunun 68 km-də, Qazax-Gürcüstan sərhədi yolunun isə 36 km-də isə işlərin 40%-dən çoxu başa çatdırılıb: «Bütün bunların nəticəsi olaraq, tamamlanmış və tamamlanmaq üzrə olan layihələrdə çalışan işçilərin, mütəxəssislərin bir qisminin müntəzəm şəkildə həyata keçiriləcək yeni layihələr arasında bölüşdürülməsi, xarakterindən asılı olaraq bu layihələrdə çalışmaq üçün işçi və mütəxəssislərin seçiminə yenidən baxılması prosesi həyata keçirilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR