Bank Of Baku

Azərbaycana tezliklə «Hyundai i20» avtomobil modeli gətiriləcək

Azərbaycana tezliklə «Hyundai i20» avtomobil modeli gətiriləcək
# 08 yanvar 2009 14:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cənubi Koreyanın «Hyundai» avtomobillərinin Azərbaycanda rəsmi distribütoru olan «Hyundai Auto Azerbaijan» şirkəti ölkəyə yeni «i10» modelini idxal edib. Bu barədə «APA-Economics»ə «Hyundai Auto Azerbaijan» şirkətindən məlumat verib.
Şirkətdən həmçinin bildirilib ki, yeni «i10» modeli 1,2 litr həcmində mühərriklə təchiz olunub (təxminən 70-75 at gücü): «Avtomobilin satış qiyməti 11,2-11,8 min manat təşkil edir».
Bundan başqa, yaxın vaxtlarda «Hyundai Auto Azerbaijan» şirkəti «i20» modelini də Azərbaycana gətirəcək. Hazırda «Hyundai Getz» modellərinin istehsalı dayandırılıb və məhz yeni «Hyundai i20» modeli dünya avtomobil bazarında «Getz»i əvəzləyəcək: «Bu model «Nissan Tiida» kimi avtomobillərlə rəqabət aparacaq. Yen model 1,4-1,6 litr həcmində mühərriklərlə təchiz olunub. Avtomobilin satış qiyməti isə təxminən 14-15,5 min manat təşkil edəcək».
Qeyd edək ki, «Hyundai Auto Azerbaijan» şirkəti ölkədə 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin Bakı şəhərində 4 satış və 4 servis mərkəzi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR