Bank Of Baku

Martda Azərbaycana «Chevrolet Cruze» avtomobil modeli gətiriləcək - FOTO

Martda Azərbaycana «Chevrolet Cruze» avtomobil modeli gətiriləcək - <font color=red>FOTO</font>
# 09 yanvar 2009 07:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda «Chevrolet» və «Cadillac» avtomobillərinin rəsmi distribütoru olan «Performance Center» şirkəti bu ilin mart ayında ölkəyə yeni «Chevrolet Cruze» modelini idxal edəcək. Bu barədə «APA-Economics»ə «Performance Center» şirkətinin marketinq üzrə menecerinin köməkçisi İlkin Qasımov məlumat verib.
İ.Qasımovun sözlərinə görə, «Chevrole Cruze» artıq Parisdə keçirilən beynəlxalq avtomobil sərgisində nümayiş olunub. Bu ilin mart ayında yeni modelin bir ədədi Azərbaycana gətiriləcək ki, Bakıda keçiriləcək avtomobil sərgisində geniş ictimaiyyətə nümayiş olunacaq: «Artıq 2009-cu ilin may ayında isə «Chevrolet Cruze» modelinin Azərbaycana kütləvi idxalına başlanacaq. Yeni model «Chevrolet Lacetti»ni əvəz edəcək».
İ.Qasımov onu da qeyd edib ki, öncə ölkəyə bu modelin sedan versiyası, daha sonra isə xetç-bek və universal versiyaları idxal olunacaq.
Qeyd edək ki, yeni «Chevrolet Cruze» 1,6 litr və 1,8 litr (112 və 140 at gücü) həcmində olan mühərriklərlə təchiz edilib. Yeni model 100 km/saat sürətini müvafiq olaraq 12,4 saniyə və 9,8 saniyəyə yığacaq. Avtomobilin daxili bazarda satış qiyməti təxminən 21-22 min ABŞ dolları təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR