Bank Of Baku

«Elcell» şəbəkəsinin inkişafına sərmayələr bu il iki dəfədən çox artırılacaq

«Elcell» şəbəkəsinin inkişafına sərmayələr bu il iki dəfədən çox artırılacaq
# 09 yanvar 2009 07:45 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Datacell LLC» şirkəti («Elcell» ticarət nişanı) tərəfindən 2008-ci il ərzində simsiz İnternet rabitəsi şəbəkəsinin inkişafına yatırılan sərmayənin ümumi həcmi 3 mln. ABŞ dolları təşkil edib. Respublikanın bölgələrində «Elcell»in inkişafı və əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlərin aparılması məqsədi ilə 2009-cu ildə 7 mln. dollardan artıq sərmayə yatırılması nəzərdə tutulub.
«Datacell»in Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırda «Elcell»in əhatə dairəsinə Bakı və Xırdalan şəhərləri, Mərdəkan, Maştağa qəsəbələri daxildir. Mövcud xidmətlərin keyfiyyətinin artırılması üçün «Elcell» Sahil qəsəbəsi, Padamdar və Bayılda ümumi ötürücülük qabiliyyəti 400 Mbit/saniyədən yüksək olan müxtəlif tipli bir neçə yeni baza quraşdırıb. Bütün yeni baza stansiyaları vahid optik-lifli şəbəkə şəklində birləşdirilib.
Xatırladaq ki, «Elcell» brendi altında göstərilən xidmətlər iBurst texnologiyasına əsaslanır. Bu texnologiya İnternetə DSL surəti ilə genişzolaqlı simsiz səyyar qoşulma imkanı verir, VoIP daxil etməklə bütün İnternet standartları və əlavələrinin dəstəklənməsini təmin edir.
iBurst texnologiyası şəbəkənin keçirtmə qabiliyyətini üç dəfə artırmağa imkan verir. Baza stansiyası təqdim olunan mühəndis və texniki həllər hesabına, siqnalın keyfiyyətinə xələl yetirmədən bir tezlikdə eyni vaxtda üç müxtəlif istiqamətdən və abunəçilərdən daxil olan siqnalları ötürmək qabiliyyətinə malikdir. Faktiki olaraq, bu sistemdə WiMAX texnologiyasının bütün imkanları mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR