Bank Of Baku

«Azərbaycanda daşınmaz əmlak kadastrının formalaşdırılması Layihəsi» üzrə sənədlər ölkə hökuməti tərəfindən tezliklə imzalanacaq

«Azərbaycanda daşınmaz əmlak kadastrının formalaşdırılması Layihəsi» üzrə sənədlər ölkə hökuməti tərəfindən tezliklə imzalanacaq
# 09 yanvar 2009 07:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hökuməti yaxın vaxtlarda Almaniya İnkişaf Bankının (KfW) «Azərbaycanda daşınmaz əmlak kadastrının formalaşdırılması Layihəsi» üzrə müvafiq sənədləri imzalayacaq. Bu barədə «APA-Economics»ə KfW-nin Bakı ofisinin mütəxəssisi Natiq Abdullayev məlumat verib.
N.Abdullayevin sözlərinə görə, KfW Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə layihə üzrə bir sıra müvafiq sənədlər təqdim edib ki, bunların artıq yanvar ayı ərzində imzalanacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan hökumətinə təqdim olunan sənədlər layihənin konsepsiya fazasının hazırlanmasına yardım edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR