Bank Of Baku

Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan hissəsində tikinti işləri dayandırılıb

Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan hissəsində tikinti işləri dayandırılıb
# 09 yanvar 2009 09:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun Gürcüstan hissəsində tikinti işləri mart ayınadək dayandırılıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəmir Yolunun baş mühəndisi Qurban Nəzirov məlumat verib.
Q.Nəzirovun sözlərinə görə, tikinti işlərinin dayandırılması havaların sərt keçməsi və əraziyə qar yağması ilə əlaqədardır.
«Havalar əlverişli olarsa, mart ayının sonu və ya aprelin əvvəlində yenidən işlərə başlanacaq. Bu müddətdə yolun digər hissələrinin layihələndirilməsi işləri həll olunacaq», - deyə Q.Nəzirov vurğulayıb.
ADDY rəsmisi hesab edir ki, dəmir yolunun tikintisi qrafikə uyğun həyata keçiriləcək və hər hansı ləngimə olmayacaq.
Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır.
Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır.
Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR