Bank Of Baku

Azərbaycan nümayəndə heyəti Londonda keçiriləcək beynəlxalq təhsil konfransında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti Londonda keçiriləcək beynəlxalq təhsil konfransında iştirak edəcək
# 09 yanvar 2009 09:34 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu ilin yanvarın 14-17-də Londonda BETT beynəlxalq təhsil konfransı keçiriləcək.
İKT İnformasiya Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, Böyük Britaniyanın Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
«Microsoft Azerbaijan» şirkətinin dəvəti ilə konfransda Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması İdarəsi, Bakı Avropa Liseyi, Z.Əliyevə adına orta məktəb və «Microsoft Azerbaijan» şirkətinin nümayəndələri iştirak edəcəklər. Bu, Təhsil Nazirliyi ilə «Microsoft» korporasiyası arasında strateji əməkdaşlıq çərçivəsində təşkil olunur.
Azərbaycan nümayəndə heyətinin konfransda iştirakının məqsədi «Microsoft» şirkətinin bütün dünyada dəstəklədiyi innovativ məktəblər konsepsiyası ilə tanış olmaqdır.
Qeyd edək ki, konfrans təhsil üzrə dünyanın ən iri sərgisi - BETT çərçivəsində təşkil olunur. Bu tədbirdə bütün təhsil mərhələləri üçün nəzərdə tutulmuş tədris prosesinin yüksək keyfiyyət, avadanlıqla təchiz olunma və səmərəliliyinin təmin olunmasına istiqamətlənən yeni və artıq özünü doğrultmuş kompleks və xüsusi informasiya həlləri təqdim edilir. Konfrans çərçivəsində müasir tədris texnologiyalarının xüsusi imkanları, interaktiv tədris mühitinin kompleks şəkildə mənimsənilməsi, gələcəyin məktəbi və s. kimi məsələlər üzrə müzakirələr mövzular üzrə aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR