Bank Of Baku

Bakı-Tiflis-Qars layihəsinin Marabda-Tetriskaro hissəsi və Axalkələk stansiyasının yenidən qurulması məsələləri iki aya razılaşdırılacaq

Bakı-Tiflis-Qars layihəsinin Marabda-Tetriskaro hissəsi və Axalkələk stansiyasının yenidən qurulması məsələləri iki aya razılaşdırılacaq
# 09 yanvar 2009 11:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ukraynanın «Kiyevhiprotrans» Layihə İnstitutu bu ilin fevral ayının sonunadək Bakı-Tiflis-Qars (BTQ) layihəsinin tərkib hissəsi olan Marabda-Tetriskaro yolunun (29,2 km) yenidən qurulması üzrə İşçi Layihəni və Axalkələk stansiyasının yenidən qurulması layihəsini iştirakçı tərəflərə təqdim edəcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) baş mühəndisi Qurban Nəzirov məlumat verib.
Q.Nəzirovun sözlərinə görə, «Kiyevhiprotrans» institutu tərəflərin təkliflərini nəzərə almaqla hər iki layihəni yenidən işləyir: «Fikrimcə, hər iki layihə fevralın sonunadək tam razılaşdırılacaq və bu il yolun və Axalkələk stansiyasının yenidən qurulmasına başlanılacaq».
Gürcüstan tərəfi BTQ-nin bu ölkə ərazisinə düşən hissəsinin tikintisi və yenidən qurulmasını 3, Azərbaycan isə 2 mərhələdə həyata keçirməyi təklif edib. Gürcüstanın təqdim etdiyi birinci mərhələyə Marabda-Tetriskaro hissəsi (29,2 km), ikinci mərhələyə Tetriskaro-Salka hissəsi (49,7 km), üçüncü mərhələyə isə Salka-Axalkələk hissəsi (74,1 km) daxildir.
Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır.
Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır.
Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR