Bank Of Baku

«Nissan» kütləvi ixtisarlara başlayır

«Nissan» kütləvi ixtisarlara başlayır
# 09 yanvar 2009 11:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaponiyanın «Nissan» avtomobil konserni Böyük Britaniyada fəaliyyət göstərən «Nissan» avtomobil zavodunun 1 200 işçisini ixtisar edəcək.
«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ixtisarın əsas səbəbi Avropa və Rusiyada «Nissan» avtomobillərinin satış həcminin kəskin azalması ilə bağlıdır. Bu da öz növbəsində dünyada müşahidə olan maliyyə böhranı ilə əlaqələndirilir.
Bundan başqa, konsern 2009-cu ilin mart ayında İspaniyada fəaliyyət göstərən «Nissan» zavodunda 3,3 min işçi, ABŞ-da isə 1 200 işçini ixtisar etməyi planlaşdırır.
Qeyd edək ki, ötən ilin payızında «Nissan» avtokonserni dünya üzrə avtomobil istehsalını 9% (350 min ədəd) azaldılması barədə də məlumat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR