Bank Of Baku

«Isuzu» avtomobillərinin Azərbaycana idxalı iki dəfə azaldılacaq

«Isuzu» avtomobillərinin Azərbaycana idxalı iki dəfə azaldılacaq
# 09 yanvar 2009 12:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Yaponiyanın «Isuzu» avtomobil şirkətinin Azərbaycandakı rəsmi distribütoru olan «Azauto» şirkəti ölkəyə idxal edəcək avtobus və yük avtomobillərinin həcmini iki dəfə azaldacaq. Bu barədə «APA-Economics»ə «Azauto» şirkətinin direktoru Fərəc Rəsulzadə məlumat verib.
F.Rəsulzadənin sözlərinə görə, özəl şirkətlərin sifarişi ilə ötən il ərzində «Azauto» şirkəti Azərbaycana təxminən 1 000 avtomobil gətirib ki, bunun 65%-yi yük avtomobilləri, 35%-yi isə avtobuslar təşkil edib: «Dünyada müşahidə olan maliyyə böhranı ilə əlaqədar «Azauto» şirkəti ölkəyə idxal enlbqb avtomobillərin həcmini təxminən iki dəfə azaldacaq. Lakin buna baxmayaraq, daxili bazarda avtomobillərin satış qiyməti stabil qalacaq».
Xatırladaq ki, «Azauto» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin Bakıda 1 satış salonu və 2 servis mərkəzi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR