Bank Of Baku

Qeyri-sabit hava şəraiti Bakı-Naxçıvan-Bakı aviareyslərində fasilələr yaradıb

Qeyri-sabit hava şəraiti Bakı-Naxçıvan-Bakı aviareyslərində fasilələr yaradıb
# 09 yanvar 2009 13:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) Bakı-Naxçıvan-Bakı sərnişin aviareysi ilə uçuşların yerinə yetirilməsində fasilələr yaranıb.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin «APA-Economics»ə verdiyi məlumata görə, fasilələr hava şəraitinin təyyarələrin uçuşu üçün əlverişli olmaması səbəbi ilə bağlıdır: «Əgər əvvəl gün ərzində Bakı-Naxçıvan-Bakı marşrutu ilə 6-7 uçuş yerinə yetirilirdisə, bu gün hava şəraitinin qeyri-sabit, əsasən də dumanlı olması ilə bağlı Bakıdan Naxçıvana cəmi iki uçuş yerinə yetirilib. Bu, 251 və 281 saylı sərnişin reysləridir».
M.Səfərli onu da qeyd edib ki, hazırda Bakı hava limanında bu marşrutla yerinə yetirilən 253 saylı reysə qeydiyyat başlayıb, daha sonra isə 287 saylı reysin də yerinə yetiriləcəyi gözlənilir.
Naxçıvan Hava Limanından «APA-Economics»ə verilən məlumata görə isə, səhər saatlarında Naxçıvanda hava şəraitinin qeyri-sabit (qarın yağması, dumanın olması və s.) olması ilə bağlı yerli liman glən təyyarələri qəbul etmək iqtidarında olmayıb. Bunun nəticəsində, Bakı-Naxçıvan marşrutu ilə bu gün səhər aviareys yerinə yetirən təyyarə Bakıya qayıdıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR