Bank Of Baku

Azərbaycanda yeni dəniz limanının layihəsinin hazırlanması üzrə tender təkliflərinin qiymətləndirilməsinə başlanılıb

Azərbaycanda yeni dəniz limanının layihəsinin hazırlanması üzrə tender təkliflərinin qiymətləndirilməsinə başlanılıb
# 09 yanvar 2009 14:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Ələt qəsəbəsi (Bakı şəhəri) yaxınlığında inşa olunacaq yeni dəniz limanının layihəsini hazırlayacaq şirkətin seçimi ilə bağlı bu gün tender təkliflərinin qiymətləndirilməsinə başlanıb. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov məlumat verib.
S.Məmmədovun sözlərinə görə, tenderin qalibinin adı yanvarın 15-də açıqlanacaq. Tenderdə iştirakla bağlı Hollandiya, Polşa, İngiltərə və digər ölkələrdən 6 ixtisaslaşmış şirkətə dəvət göndərilib.
Qalib şirkət yeni dəniz limanının tikintisi layihəsini bütün mərhələlər daxil olmaqla hazırlayıb Azərbaycan hökumətinə təqdim etməlidir.
Qaradağ rayonunun Ələt qəsəbəsi yaxınlığında inşa olunacaq limanda 11 yanalma körpüsü tikiləcək ki, bunun da 6-sı birinci mərhələdə, yəni 2011-ci ilə qədər inşa olunacaq. Dünya standartlarına cavab verəcək liman artıq 2015-ci ildə 11,6 mln. ton yük qəbul etmək imkanına malik olacaq.
Qeyd edək ki, limanın ilk layihəsini Koreyanın «GS Engineering & Construction» şirkəti hazırlasa da, sonradan bu şirkət layihədən uzaqlaşdırılıb. Bunun səbəbi Koreya şirkətinin layihədə qiymətləri ilkin təqdimatdakından daha yüksək göstərməsi isə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR