Bank Of Baku

Azərbaycan paytaxtında nəqliyyatın intellektual idarə edilməsi sisteminin qurulması üzrə tədqiqatlar başa çatıb

Azərbaycan paytaxtında nəqliyyatın intellektual idarə edilməsi sisteminin qurulması üzrə tədqiqatlar başa çatıb
# 12 yanvar 2009 07:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhərində «Nəqliyyat Əməliyyatlarının İntellektual İdarə Edilməsi Sistemi»nin qurulması layihəsi üzrə tədqiqatlar yekunlaşıb. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov məlumat verib.
S.Məmmədovun sözlərinə görə, cari ilin birinci rübündə Sistemin yerləşəcəyi inzibati binanın tikintisi və lazımi avadanlıqların alınmasına başlanılacaq.
«Nəqliyyat Əməliyyatlarının İntellektual İdarə Edilməsi Sistemi»nin yaradılmasına dair Koreyanın «SK C&C» şirkəti ilə müqavilə 2008-ci ilin may ayında imzalanıb. Sistemin tətbiqi nəticəsində marşrutların hərəkəti tənzimlənəcək, onların hərəkət qrafikinə nəzarət imkanı yaranacaq. Bu çərçivədə fövqəladə hallar zamanı şəhər nəqliyyatının idarə olunmasının təşkili, yollarda, yol ötürücülərində, dayanacaqlarda və parklanma yerlərində qəzalar (yol-nəqliyyat hadisələri, terror aktları və s.) haqqında məlumatların yığılması, qeydə alınması və aidiyyəti təşkilatlara ötürülməsi həyata keçiriləcək. Video, mikrodalğalı aşkarlayıcılar, aşkarlayıcı halqalar vasitəsilə real zamanda nəqliyyatın cari vəziyyəti haqqında informasiya İTS serverlərinə toplanacaq. Kabel televiziyası, İnternet, mobil telefonlar, elektrik rəqəmsal tablolar, avtobus dayanacaqlarında quraşdırılan informasiya tabloları kimi müxtəlif informasiya təminatı vasitələrinin köməyi ilə nəqliyyatın ümumi vəziyyəti, qəzalar və s. üzrə informasiya istifadəçilərə ötürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR