Bank Of Baku

Yaxın 1-2 ayda Azərbaycana «Hyundai Genesis» avtomobil modeli gətiriləcək

Yaxın 1-2 ayda Azərbaycana «Hyundai Genesis» avtomobil modeli gətiriləcək
# 13 yanvar 2009 07:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cənubi Koreyanın «Hyundai» avtomobillərinin Azərbaycanda rəsmi distribütoru olan «Hyundai Auto Azerbaijan» şirkəti ölkəyə yeni «Hyundai Genesis» modelini gətirəcək. Bu barədə «APA-Economics»ə «Hyundai Auto Azerbaijan» şirkətinin marketinq şöbəsinin müdiri Rüstəm Məmmədov məlumat verib.
R.Məmmədovun sözlərinə görə, yeni sedan modelinin kütləvi idxalına təxminən 2009-cu ilin fevral-mart aylarında başlanacağı gözlənilir: «Bu model «Mercedes E-class», «BMW 5-class» təbəqəsinə aid olan modellərlə rəqabət aparacaq. Avtomobilin təxmini satış qiyməti isə 55-56 min ABŞ dolları təşkil edəcək».
Qeyd edək ki, yeni «Hyundai Genesis» modeli 3,8 litr və 4,0 litr həcmli (təxminən 290-300 at gücü) mühərriklərlə təchiz olunub. Yeni model ilk dəfə olaraq bu ilin avqust ayında Moskvada (Rusiya) keçirilən beynəlxalq avtomobil sərgisində nümayiş olunub.
Xatırladaq ki, «Hyundai Auto Azerbaijan» şirkəti ölkədə 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin Bakı şəhərində 4 satış və 4 servis mərkəzi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR