Bank Of Baku

Azərbaycanın daha bir rayonunda mərkəzi ATS yenidən qurulacaq

Azərbaycanın daha bir rayonunda mərkəzi ATS yenidən qurulacaq
# 13 yanvar 2009 08:47 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi Biləsuvar rayonunun Telekommunikasiya Qovşağının mərkəzi ATS-nin yenidən qurulması ilə bağlı tender elan edib.
«Aztelekom» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, hazırda ATS-in mövcud tutumu 1756 nömrə, o cümlədən beynəlxalq çıxış üçün nəzərdə tutulan 256 elektron nömrə təşkil edir. Yenidənqurma işləri həyata keçirildikdən sonra yeni elektron ATS-in ümumi tutumu 4500 nömrəyə çatdırılacaq.
Tender sənədləri bu ilin fevral ayının 5-dək, təkliflər isə fevralın 12-dək Biləsuvar Telekommunikasiya Qovşağına təqdim edilməlidir. Tender prosedurası fevralın 13-də keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən potensial iddiaçılar 1500 manat iştirak haqqı ödəməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR