Bank Of Baku

Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə edilən müraciətlər ötən il 7% artıb

Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə edilən müraciətlər ötən il 7% artıb
# 13 yanvar 2009 10:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il ərzində Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, daşınmaz əmlakın təsviri, ipotekanın dövlət qeydiyyatı və daşınmaz əmlakla bağlı məlumatların əldə edilməsi ilə əlaqədar 359 413 müraciət daxil olub. Bu barədə «APA-Economics»ə DƏDRX-in mətbuat xidmətindən məlumat verilib.
Hesabat dövründə hüquq sahiblərinə dövlət reyestrindən 121 097 çıxarış, 84 761 daşınmaz əmlakın təsvirinə, dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayış verilib. Həmçinin, 18 318 yüklülüyün (icarə, istifadə) və ipotekanın dövlət qeydiyyatı aparılıb, 98 729 texniki pasport tərtib edilib. Qalan 36 508 müraciət əsasında isə dövlət reyestrindən müxtəlif arayışlar təqdim olunub.
Qeyd edək ki, 2007-ci illə müqayisədə 2008-ci ildə Xidmətə daxil olan müraciətlərin sayı 7,3%, dövlət reyestrindən verilən çıxarışların sayı 4,7%, tərtib edilən texniki pasportların sayı isə 31,3% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR