Bank Of Baku

TRACECA-nın Məlumat Bazası yaradılır

TRACECA-nın Məlumat Bazası yaradılır
# 14 yanvar 2009 11:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Avropa-Qafqaz-Asiya (TRACECA) beynəlxalq nəqliyyat dəhlizinin Məlumat Bazası yaradılır. Bu barədə «APA-Economics»ə TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev məlumat verib.
A.Mustafayevin sözlərinə görə, hazırda bu bazanın yaradılması və lazımi məlumatlarla təmin edilməsi istiqamətində iş aparılır.
«Məlumat Bazasında TRACECA-ya üzv olan ölkələrin nəqliyyat infrastrukturu, quru və dəmir yolları şəbəkələri, yolların vəziyyəti, limanları, nəqliyyat vasitələri, strukturlar, avadanlıqlar və s. bağlı məlumatlar toplanacaq», - deyə A.Mustafayev bildirib.
TRACECA nümayəndəsi onu da əlavə edib ki, artıq bazada məlumatların yarısı toplanıb və bu proses davam etməkdədir.
Məlumat Bazası Avropa Komissiyasının dəstəklədiyi layihə çərçivəsində yaradılır.
Qeyd edək ki, mərkəzi qərargahı Bakıda yerləşən TRACECA Hökumətlərarası Komissiyası 1998-ci ildə yaradılıb. Hazırda quruma Avropa və Asiyanın 12 ölkəsi üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR