Bank Of Baku

Rusiya daxili sularından keçidlə bağlı məhdudiyyət Azərbaycan gəmiləri üçün ləğv olunacaq

Rusiya daxili sularından keçidlə bağlı məhdudiyyət Azərbaycan gəmiləri üçün ləğv olunacaq
# 14 aprel 2009 08:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn ildən Azərbaycan bayrağı altında üzən gəmilərin Rusiyanın daxili sularından keçidinə qoyulan məhdudiyyət aradan qaldırılacaq. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanov məlumat verib.
Q.Qurbanovun sözlərinə görə, aprelin əvvəlində Bakıda səfərdə olan Rusiyanın nəqliyyat naziri İqor Levitin ilə görüşdə Azərbaycan gəmilərinin Volqa-Don kanalından keçidinə qoyulan say məhdudiyyətinin aradan qaldırılması məsələsi müzakirə olunub.
ARDDA rəisi 2009-cu ilin naviqasiya dövründə (aprelin sonundan noyabr ayınadək) Rusiyanın daxili sularından 25 keçidə icazə verildiyini bildirib.
Qeyd edək ki, hazırda Azərbaycan bayrağı altında üzən gəmilərin sayı 1 287-dir. Onlardan 28 gəmi (Xəzər Dəniz Gəmiçiliyinə məxsus) Xəzər dənizindən kənarda üzür. Rusiyanın daxili sularından əsasən Dövlət Xəzər Dəniz Gəmiçiliyi istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR