Bank Of Baku

Azərbaycan ərazisinin 40 min kv. kilometrinin ortofoto xəritələri çəkilib

Azərbaycan ərazisinin 40 min kv. kilometrinin ortofoto xəritələri çəkilib
# 14 aprel 2009 10:28 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində Azərbaycan ərazisinin 40 min kv. kilometrinin yüksək miqyaslı rəqəmsal ortofoto xəritələri çəkilib. Bu barədə «APA-Economics»ə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) məlumat verilib.

DƏDRX-in məlumatına görə, çəkilən bütün ortofoto xəritələr Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən senzuradan keçirilir. Bu yoxlanışdan sonra Bakı, Abşeron yarımadası və bir sıra bölgələri əhatə edən ortofoto xəritələr Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində yaradılan Qəbul Komissiyası tərəfindən istismara qəbul olunacaq. Eyni zamanda, ortofoto xəritələrin Türkiyədə «İNDİS» şirkəti tərəfindən emalı prosesi həyata keçirilir. Azərbaycan ərazisində günəşli havaların üstünlük təşkil etdiyi günlərdə, yəni aprelin sonlarında və mayın əvvəllərində ortofoto çəkilişləri aparan təyyarə yenidən İstanbuldan Bakıya gələcək və bu istiqamətdə işlər davam etdiriləcək.

Qeyd edək ki, ortofoto xəritələrin yaradılması Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanan kredit sazişinə uyğun ölkəmizdə həyata keçirilən «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində aparılır. Xəritələr Bakı şəhəri və Abşeron yarımadası, respublikanın şəhər və rayon mərkəzlərinin 1:1000 miqyasda, qəsəbə və kənd yaşayış məntəqələrinin, kənd təsərrüfatı təyinatlı və digər ərazilərin 1:5000 miqyasda, sərhəd zolağı, cəbhə xətti və yüksək dağlıq ərazilərinin 1:10000 miqyasda hazırlanır. Layihənin dəyəri 38 mln. ABŞ dolları təşkil edir və 2012-ci ilin sonuna qədər nəzərdə tutulan işlərin tamamlanmasını nəzərdə tutur.

Xatırladaq ki, Azərbaycanın ümumi ərazisi 86,6 min kv. km təşkil edir və bunun 20%-i Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR