Bank Of Baku

«Azercell» İsveçrə ilə ilk rouminq müqaviləsi imzalayıb

«Azercell» İsveçrə ilə ilk rouminq müqaviləsi imzalayıb
# 17 aprel 2009 10:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti GPRS/MMS rouminq əhatəsini genişləndirir. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Azercell» ilə İsveçrənin «Orange» operatoru arasında GPRS/MMS rouminq xidməti artıq istifadəyə verilib ki, bu da, «Azercell»in İsveçrə ilə birinci rouminq müqaviləsidir.
Qeyd edək ki, indiyə kimi «Azercell» 73 ölkənin mobil rabitə operatorları ilə 176 GPRS/MMS rouminq sazişi bağlayıb.
Xatırladaq ki, 1996-cı ildən fəaliyyət göstərən «Azercell» şirkətinin hazırda 3,5 mln. abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR