Bank Of Baku

Son üç ayda Azərbaycanda 24 818 daşınmaz əmlakın texniki pasportu tərtib edilib

Son üç ayda  Azərbaycanda 24 818 daşınmaz əmlakın texniki pasportu tərtib edilib
# 18 aprel 2009 08:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Cari ilin yanvar-mart ayları ərzində Azərbaycanda 24 818 daşınmaz əmlakın texniki pasportu tərtib edilib. Bu barədə APA-ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən məlumat verilib.

Cari ilin birinci rübündə texniki pasportu hazırlanan daşınmaz əmlak obyektlərinin 6 968-i fərdi yaşayış evi, 7310-u mənzil, 9641-i torpaq sahəsi, 413-ü qeyri-yaşayış binası, 365-i qeyri-yaşayış sahəsi, 57-i əmlak kompleksi kimi müəssisə, 6-ı çoxmərtəbəli yaşayış binası, 58-i çoxillik əkmədir.

Qeyd edək ki, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə texniki pasportların tərtibi sahəsində 22% artım olub. Rüb ərzində hazırlanmış texniki pasportlardan 9 662-i Bakı şəhərində, 15 156-ı isə regionlarda yerləşən daşınmaz əmlak obyektlərinə aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR