Bank Of Baku

TAE layihəsinin Xəzər seqmenti Supermagistralın yaradılması layihəsi çərçivəsində çəkilə bilər

TAE layihəsinin Xəzər seqmenti Supermagistralın yaradılması layihəsi çərçivəsində çəkilə bilər
# 20 aprel 2009 07:02 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi TransAvropa-Asiya (TAE) layihəsinin Xəzər seqmentinin tikintisinin «Transmilli Avrasiya İnformasiya Supermagistralının yaradılması Layihəsi» çərçivəsində həyata keçirilməsi imkanlarını nəzərdən keçirir.
«APA-Economics»in məlumatına əsasən, Şərq-Qərb informasiya supermagistralının yaradılması layihəsinin həyata keçirilməsi region ölkələrini ucuz və keyfiyyətli İnternetlə təmin etməyə imkan verəcək, yüksək texnologiyaların inkişafına, regional elektron bazarının yaradılmasına şərait yaradacaq.
Ötən il Azərbaycanda keçirilən «Bakutell 2008» beynəlxalq sərgi-konfransının iştirakçıları olan dövlətlər (Türkiyə, ABŞ, Avropa İttifaqı, MDB və Asiya ölkələri) və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri layihəyə siyasi dəstək verib, İnternetin qiyməti və digər məsələləri müzakirə edilib və Supermagistralın yaradılmasına dair Bakı Bəyannaməsini imzalayıb. Sənəddə görüş iştirakçıları yüksək səviyyəli səhiyyə, sosial-iqtisadi inkişaf və demokratiyanın təmin edilməsi məqsədilə qlobal informasiya infrastrukturlarının yaradılması, informasiyanın əldə olunması sahəsində bərabərsizliyə qarşı fəal addımlar atmaq zərurətini vurğulayıb.
Nazirliyin Beynəlxalq Əlaqələr və Hesablamalar Mərkəzinin direktoru Cəlil Cəfərovun sözlərinə görə, Türkmənistan və Qazaxıstanla TAE layihəsinin Xəzər seqmentinin tikintisi məsələsi davamlı olaraq müzakirə olunur. Hətta, Türkmənistan və Qazaxıstan hökumətləri ilə TAE layihəsinin icrasına dair bir neçə dəfə danışıqlar aparılıb, lakin qarşı tərəflər layihənin Xəzər seqmentinin həyata keçirilməsinə siyasi rəng verərək onun icrasını ləngidir.
Xatırladaq ki, TAE kabel magistralı Çinin Şanxay şəhərindən başlayaraq Almaniyanın Frankfurt-Mayn şəhərinədək 24 min kilometrlik məsafədə uzanan böyük əhəmiyyətə malik rabitə şəbəkəsidir. Xəzər seqmentinin tikintisinin dəyəri 10 mln. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR