Bank Of Baku

Bu il dünyada satılan hər beşinci telefon sensorlu olacaq

Bu il dünyada satılan hər beşinci telefon sensorlu olacaq
# 20 aprel 2009 08:26 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu il dünyada sensor ekranlı mobil telefonların bazar payının 20%-ə çatacağı proqnozlaşdırılır ki, bu da 2008-ci ilin yekunu ilə müqayisədə iki dəfə çoxdur. «APA-Economics»in məlumatına əsasən, bu proqnozla Tayvanın «Young Fast Optoelectronics» (YFO) şirkətinin mütəxəssisləri çıxış edib.
YFO ekspertləri hesab edirlər ki, bu il ərzində sensorlu telefonların yayılması orta və aşağı qiymət seqmentlərində bu telefonlara olan tələbatın artması fonunda baş verəcək. Ən güclü sensorlu aparatlar xəttinə «Samsung» və LG şirkətləri malikdir.
Qeyd edək ki, YFO şirkəti digər məhsullarla yanaşı mobil qurğular üçün sensorlu panellər istehsal edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR