Bank Of Baku

«NETTY-2009» müsabiqəsində 250-dən artıq veb-resurs iştirak edir

«NETTY-2009» müsabiqəsində 250-dən artıq veb-resurs iştirak edir
# 20 aprel 2009 11:04 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Aprelin 27-də Azərbaycanda 5-ci dəfə keçirilən NETTY Milli İnternet Mükafatı çərçivəsində sayt qeydiyyatı və virtual jürinin üzvü olmaq üçün ayrılmış vaxt bitəcək.
NETTY Akademiyasından «APA-Economics»ə verilən məlumata əsasən, aprelin 28-dən mayın 7-dək www.netty.az saytında əvvəlcədən qeydiyyatdan keçmiş Virtual Jüri üzvlərinin onlayn səsverməsi keçiriləcək. Səsvermənin nəticələrinə əsasən, hər nominasiya üzrə mükafat ala biləcək namizədlərin siyahısı tərtib olunacaq və NETTY Akademiyasının müzakirəsinə təqdim ediləcək.
Qeyd edək ki, Akademiyanın nümayəndələri daxili səsvermə əsasında mövcud 11 nominasiya, həmçinin Akademiyanın qərarı ilə müsabiqədən kənar əlavə nominasiyalar üzrə qalibləri müəyyənləşdiriləcək. «İnformasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi üzrə», «İlin İT-hadisəsi», «Ən yaxşı dizayn», mükafatın sponsorlarının köməyi ilə «Bakı haqqında ən yaxşı sayt» və «Ən yaxşı uşaq saytı» həvəsləndirici nominasiyalar üzrə də qaliblər müəyyən ediləcək.
Mayın 17-də isə «NETTY-2009» Milli İnternet Mükafatı qaliblərinin rəsmi mükafatlandırılması mərasimi keçiriləcək.
Hazırda müsabiqədə 250-dən çox milli sayt iştirak edir, 200 nəfərdən çox virtual jürini təmsil edir. Bu günə kimi ən çox sayt «Servis-sayt», ən az isə «Dövlət saytı» nominasiyalarında təqdim olunub.
Müsabiqə ənənəvi olaraq Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri tərəfindən rəsmi dəstəklənir, həmçinin «Microsoft Azerbaijan» və «AzEuroTel» şirkətləri, «Ali&Nino» dükan şəbəkəsi, «BabyTime» sərgisi, «Intrans» internet provayderi tərəfdaş kimi çıxış edir.
Xatırladaq ki, NETTY Milli İnternet Mükafatı – ümumdünya şəbəkəsinin milli seqmenti və ümumiyyətlə İT-bazarın inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR