Bank Of Baku

Bu il Azərbaycanda 3 minədək ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb

Bu il Azərbaycanda 3 minədək ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb
# 21 aprel 2009 09:29 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Cari ilin yanvar-mart aylarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) ərazi idarələrində 2 992 ipoteka müqaviləsinin dövlət qeydiyyatı aparılıb. Bu barədə «APA-Economics»ə DƏDRX-dən məlumat verilib.

Xidmətin bu gün açıqladığı statistik göstəricilərə əsasən, bu ilin ilk rübündə əhaliyə xidmətlə bağlı verilən müxtəlif məzmunlu arayışların ümumi sayı 11 289 təşkil edib. Eyni zamanda, məhdudlaşmaya (yüklülüyə) dair rüb ərzində dövlət reyestrindən 14 110 arayış verilib. İlin birinci rübündə ölkə üzrə qeydiyyata alınan yüklülük (icarə, istifadə) hüquqlarının ümumu sayı isə 194 olub. Hesabat dövrü ərzində DƏDRX ərazi idarələri tərəfindən 12 307 daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib.

Xatırladaq ki, 2008-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı 18 318 təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR