Bank Of Baku

Azərbaycanda «Yeni nəsil – yeni texnologiyalar» mövzusunda dəyirmi masa keçirilib

Azərbaycanda «Yeni nəsil – yeni texnologiyalar» mövzusunda dəyirmi masa keçirilib
# 22 aprel 2009 10:52 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Əmək və Sosial Münasibətlər Akademiyasında «Yeni nəsil – yeni texnologiyalar» mövzusunda dəyirmi masa keçirib.
RİTN-dən «APA-Economics»ə verilən məlumata əsasən, tədbir çərçivəsində nazirliyin, «Kür» zavodunun və «Silverkey» şirkətinin mütəxəssisləri Azərbaycanda informasiya cəmiyyətinin və elektron hökumətin, elektron imzanın və ticarətin formalaşması və inkişafı ilə bağlı məruzələrlə çıxış ediblər.
Dəyirmi masa iştirakçıları Azərbaycanın ümumi inkişafında İKT sahəsinin rolu və informasiya texnologiyalarının müxtəlif sahələrdə tətbiqinin yaradacağı imkanlar barədə müzakirələr aparıblar.
Sonda Azərbaycanda bu yaxınlarda tətbiq edilən «GoldenPay» internet ödəniş sisteminin iş prosesi nümayiş edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR