Bank Of Baku

AZEL və «Azerfon» şirkətləri arasında müqavilə imzalanıb

AZEL və «Azerfon» şirkətləri arasında müqavilə imzalanıb
# 23 aprel 2009 12:06 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Azərbaycan Elektronikası» (AZEL) şirkəti ilə «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) arasında fasiləsiz elektrik enerjisi təminatı sisteminin təchizatına dair müqavilə bağlanıb.
AZEL şirkətində APC üzrə brend meneceri Sadıq Yüzbaşıyevin «APA-Economics»ə verdiyi məlumata görə, müqavilə əsasında AZEL şirkəti mobil rabitə operatorunun məlumat bazası, baza stansiyalarının fasiləsiz işini təmin edəcək «APC by Schneider Electric» (ABŞ) şirkətinin məhsulu olan elektrik təchizatı sistemini tətbiq edəcək. Sifarişçi yaxın 2-3 həftə ərzində bu sistemlə təchiz olunacaq və qısa müddətdə tətbiq edilərək istifadəyə veriləcək.
Qeyd edək ki, AZEL şirkəti 13 ildən artıqdır ki, şəbəkə və avadanlıqların müdafiəsi üzrə tam əhatəli həllər təqdim edən APC-nin tərəfdaşıdır. «APC by Schneider Electric» şirkəti 2007-ci ildə APS və «MGE UPS Systems» şirkətlərinin birləşməsi nəticəsində yaradılıb. Bu ilin ortalarından və ya 2010-cu ildən etibarən APS və «MGE UPS Systems» şirkətlərinin məhsulları eyni ITON markası altında bazara təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR