Bank Of Baku

«Bakcell» yeni müsabiqə kampaniyasına başlayıb

«Bakcell» yeni müsabiqə kampaniyasına başlayıb
# 16 sentyabr 2011 15:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın ilk mobil operatoru «Bakcell» şirkəti yeni müsabiqə kampaniyasına başlayıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «MMS Göndər» adlı müsabiqə çərçivəsində «Bakcell» abunəçiləri mobil telefonları vasitəsilə bir şəkildə mümkün qədər çox adamla kollektiv fotoşəkillərini çəkib MMS vasitəsilə 2882 nömrəsinə göndərməlidirlər. İştirakçılar müsabiqəyə istədiyi qədər MMS şəkil göndərə bilər, bir şərtlə ki, onlar müsabiqənin şərtlərinə uyğun gəlsin.

Müsabiqəyə təqdim olunmuş fotoşəkillər www.mms.bakcell.comwap.mms.bakcell.com internet səhifələrində yerləşdiriləcək və «Bakcell» abunəçiləri bu səhifələrə daxil olub fotolara baxacaq və bəyəndikləri şəklə SMS vasitəsilə səs verə biləcək. Bunun üçün onlar istədikləri fotoşəkilin kodunu SMS vasitəsilə 2992 nömrəsinə göndərməlidir, 2882 nömrəsinə göndərilən hər bir MMS-in və 2992 nömrəsinə göndərilən hər bir SMS-in qiyməti 0,59 AZN (ƏDV daxil olmaqla) təşkil edir.

Ən çox SMS səs toplayan fotoşəkilin müəllifi əsas mükafat olan Dubaya 2 nəfərlik səyahət və «iPpad 2»yə sahib olacaq.

Bundan başqa, müsabiqədə təkcə MMS göndərənlər deyil, səs verən abunəçilər də hədiyyə qazanacaq. Müsabiqə boyunca SMS səsverməsi zamanı ən çox SMS göndərən abunəçilər hər həftə netbuk, hər ay «iPad 2» və müsabiqənin finalında «Macbook Air» kimi qiymətli hədiyyələrə sahib olacaqlar.

Qeyd edək ki, bu gündən etibarən başlayan müsabiqə noyabrın 14-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR