Bank Of Baku

Dünyada İKT-nin inkişafı sahəsində ən qabaqcıl ölkə Cənubi Koreyadır

Dünyada İKT-nin inkişafı sahəsində ən qabaqcıl ölkə Cənubi Koreyadır
# 16 sentyabr 2011 15:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Dünyada informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı sahəsində ən qabaqcıl ölkə Cənubi Koreyadır.

«APA-Economics»in məlumatına görə, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) dərc etdiyi yeni məruzəsində bildirilir.

Məruzədə qeyd olunub ki, İKT-nin inkişafında qabaqcıl ölkələr sırasında həmçinin İsveç, İslandiya, Danimarka və Finlandiya daxil olub.

«Hazırda İKT yüksəlişi bütün dünyada sürətlənir. Eyni zamanda telefon əlaqəsi və genişzolaqlı internetin xidmətlərinin qiyməti aşağı düşməkdədir. İKT xidmətlərinə görə ən aşağı qiymətlər Monako, Makao (Çin), Lixtenşteyn, Honkonq (Çin), Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, Lüksemburq, Norveç, İslandiya, Danimarka, Avstriya və ABŞ-da müşahidə olunub», - məruzədə bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR