Bank Of Baku

Qaradağ rayonunun Şıxlar qəsəbəsinin 35 hektar ərazisi məişət tullantılarından təmizlənib

Qaradağ rayonunun Şıxlar qəsəbəsinin 35 hektar ərazisi məişət tullantılarından təmizlənib
# 19 sentyabr 2011 13:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Qaradağ rayonunun Şıxlar qəsəbəsinin 35 hektarlıq ərazisi 12 kubmetr məişət tullantılarından təmizlənib.

Tədbir təşkilatçıları tərəfindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə 200-ə yaxın könüllü iştirak edib. Şıxlar qəsəbəsinin sahilyanı ərazisi plastik və şüşə butulkalardan, konserv bankalardan və müxtəlif cür tullantılardan təmizlənib.

Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Olimpiya Komitəsi, «Green Baku» Klubu, «Yaşıl Velosipedçilər» Klubu, «Təmiz Şəhər» ASC-nin dəstəyi ilə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR