Bank Of Baku

Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq İKT sərgisində tərəfdaş ölkə kimi iştirak edəcək

Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq İKT sərgisində tərəfdaş ölkə kimi iştirak edəcək
# 20 sentyabr 2011 07:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Oktyabrın 6-9-da İstanbulda (Türkiyə) beynəlxalq informasiya texnologiyaları sərgisi («CeBİT-Eurasia 2011») keçiriləcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən sərgidə Azərbaycan tərəfdaş kimi iştirak edəcək.

Sərgiyə 17 ölkədən 1 000-dən artıq rabitə və İKT şirkətinin, həmçinin, 68 ölkədən 131 min ziyarətçinin gələcəyi gözlənilir. Sərgidə ilk dəfə olaraq Azərbaycanı 20 şirkət təmsil edəcək.

Qeyd edək ki, sərgidə telekommunikasiya, maliyyə, «Elektron hökumət», «Elektron səhiyyə» sahələrində təqdimatlar, 72 forum, seminar və konfrans keçiriləcək.

Xatırladaq ki, hər il keçirilən sərginin formatı bu ildən etibarən dəyişdirilib. Belə ki, bundan sonra sərgidə hər il müxtəlif ölkələr tərəfdaş qismində çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR