Bank Of Baku

Avstriya Azərbaycanın gömrük və poçt sektorunda tətbiq etdiyi İT yeniliklərinə maraq göstərir

Avstriya Azərbaycanın gömrük və poçt sektorunda tətbiq etdiyi İT yeniliklərinə maraq göstərir
# 20 sentyabr 2011 10:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avstriya Azərbaycanın gömrük və poçt sektorunda tətbiq etdiyi informasiya texnologiyaları sahəsinə böyük maraq göstərir. Bu barədə «APA-Economics»ə Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda səfərdə olan Avstriyanın nümayəndə heyəti ilə Azərbaycan tərəfi ilə İKT sahəsində təcrübə mübadiləsinin aparılmasına dair, həmçinin, bu sahədə hər iki ölkədə hazırkı vəziyyəti və perspektivləri müzakirə edib.

«Avstriya «Elektron hökumət» sahəsində böyük təcrübəyə malikdir və biz bu təcrübədən istifadə etmək niyyətindəyik. Öz növbəsində Avstriya tərəfi Azərbaycanın gömrük və poçt sahələrində informasiya texnologiyaların tətbiqinə maraq göstərir. Bizim bu sahədə təcrübəyə nəinki Avstriya, həmçinin dünyanın bir çox ölkələri maraq göstərir», - deyə E.Vəlizadə bildirib.

Nazir müavini onu da qeyd edib ki, son illər ərzində Azərbaycanın öyrəndiyi və tətbiq etdiyi beynəlxalq təcrübə bir qədər sonra Azərbaycan modelinə çevrilir və digər ölkələrin marağına səbəb olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR