Bank Of Baku

Azərbaycan «e-hökumət»lə bağlı qanun qəbul etməyə hazırlaşır

Azərbaycan «e-hökumət»lə bağlı qanun qəbul etməyə hazırlaşır
# 20 sentyabr 2011 11:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan «Elektron-hökumət»in («e-hökumət») sisteminin tətbiqi ilə bağlı qanun qəbul etmiş növbəti ölkə olmağa hazırlaşır. «APA-Economics»in məlumatına görə, Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, hazırda belə qanun qəbul etmiş ölkələrin sayı 7-ə bərabərdir.

Nazir müavini onu da bildirib ki, «e-hökumət»ə dair qanun layihəsində terminologiya yer alacaq, yəni «e-hökumət»in və ümumiyyətlə elektron xidmətlərin nə olduğu bildiriləcək: «Qanun layihəsində əsasən hüquqi və təşkili məqamlar müəyyənləşəcək, məlumatların toplanması və təqdim edilməsinin əsas prinsipləri, təhlükəsizlik və bu kimi məsələlər əksini tapacaq».

Qanun layihəsinin beynəlxalq təcrübəyə əsaslanacağını bildirən E.Vəlizadə onu da qeyd edib ki, «e-hökumət» layihəsinin sonu olmayacaq: «Bəziləri bunu layihə kimi qəbul edir, yəni layihənin başlanması və sonu kimi qiymətləndirir. Lakin «e-hökumət»in tətbiqi çərçivəsində biz bu gün bir xidməti, sabah digərini və s. tətbiq edirik. Bu da o deməkdir ki, «e-hökumət»in başlğıcı var, sonu isə yoxdur. Belə ki, elektron xidmətlərin çeşidi getdikcə artacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR