Bank Of Baku

Proqnoz: Bu il Azərbaycanın İKT sektorunda artım 30% olacaq

Proqnoz: Bu il Azərbaycanın İKT sektorunda artım 30% olacaq
# 20 sentyabr 2011 11:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hökuməti 2011-ci il ərzində ölkənin rabitə və İKT sahəsində artımın 30% səviyyəsində olacağını proqnozlaşdırır. Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin «APA-Economics»ə verdiyi məlumata görə, ötən il ölkədə rabitə və İKT sektorunun artım tempi 30%-ə yaxın olub.

«Hətta qlobal böhran dövründə Azərbaycan iqtisadiyyatının bu sahəsi müsbət dinamika göstərib. Belə ki, böhran illərində artım 15% səviyyəsində olub. Bu da onu göstərir ki, bizim İKT sektoru böhran dövründə belə maliyyə zərbələrinə dözə bilib və artım nümayiş etdirib», - deyə E.Vəlizadə bildirib.

Nazir müavini bu ilin sonunda Azərbaycanda sözügedən sahədə artım dinamikasının təxminən 30%-ə yaxın olacağını proqnozlaşdırıb: «Ümumiyyətlə, son 6 il ərzində orta artım məhz bu səviyyədə olub».

Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 765,3 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,5% çox xidmət göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR