Azərbaycan Mərkəzi Bankı (AMB) standart proqram təminatları üzrə lisenziyaların satın alınmasına dair keçirilən tenderin qalibini müəyyənləşdirib.
"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, AMB-nin elan etdiyi tenderin qalibi "Sanmar Elektrik ve İnşaat Malzemeleri Sanayi Dış Ticaret Limited" şirkəti seçilib. Şirkətlə ümumi dəyəri 14,747 mln. manatdan çox təşkil edən müqavilə imzalanıb.