Azərbaycanda bu il istifadəyə verilmiş yaşayış evlərinin sahəsi kəskin artıb

Azərbaycanda bu il istifadəyə verilmiş yaşayış evlərinin sahəsi kəskin artıb
# 03 iyun 2020 11:48 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə kəskin artıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 2 299,4 min kv. metr olan yaşayış evləri istifadəyə verilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə artıb.

"İstifadəyə verilmiş yaşayış evlərinin sahəsinə dair məlumatlarda müşahidə olunan kəskin artım "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanına əsasən, əvvəlki illərdə tikilmiş və müəyyən səbəblərə görə istismarına icazə verilməmiş bəzi çoxmənzilli binaların cari ilin hesabat dövründə istismarına icazə verilməsi ilə bağlı olub", - Komitənin məlumatında deyilir.

Xatırladaq ki, cari ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatına cəmi sərmayə qoyuluşunun 10,4%-i və ya 406 mln. manatı yaşayış evlərinin tikintisinə sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR