Azərbaycanda minik avtomobilləri illik 1,4% ucuzlaşıb

Azərbaycanda minik avtomobilləri illik 1,4% ucuzlaşıb
# 20 aprel 2020 11:52 (UTC +04:00)

Bu ilin mart ayı ərzində Azərbaycanda minik avtomobilləri bazarında bahalaşma qeydə alınıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə, minik avtomobillərinin orta aylıq satış qiyməti mart ayı ərzində 0,1%, onların ehtiyat hissələrinin qiyməti 0,4%, velosipedlərin qiyməti 0,2% artıb. Ötən ilin mart ayı ilə müqayisədə isə qiymətlərdə müvafiq olaraq 0,6% azalma, 1,2% və 2,7% artım qeydə alınıb.

Rəsmi məlumata əsasən, yanvar-mart aylarında isə minik avtomobilləri üzrə illik 1,4% ucuzlaşma, ehtiyat hissələrində illik 1,0%, velosipedlərdə isə illik 2,8% bahalaşma müşahidə olunub.

Qeyd edək ki, 2020-ci ilin mart ayında istehlak qiymətləri indeksi fevral ayı ilə müqayisədə 101,0 %, 2020-ci ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 103,0% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR