Bank Of Baku

"Azərişıq" istehlakçılara evdə qalmağı tövsiyə edib - VİDEO

"Azərişıq" istehlakçılara evdə qalmağı tövsiyə edib - VİDEO
# 27 aprel 2020 17:29 (UTC +04:00)

“Azərişıq” ASC koronavirus (COVID 19) pandemiyasının qarşısının alınması məqsədi ilə istehlakçılara #evdəqal çağırışı edib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə Səhmdar Cəmiyyət abunəçiləri maarifləndirəcək video-çarx da hazırlayıb.

Video-çarxda abunəçilərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün “Azərişıq” əməkdaşlarının bu çətin gündə iş başında olduqları göstərilir və bunu nəzərə alaraq istehlakçıların da #evdəqal çağırışına əməl etmələri tövsiyə olunur.

Sosial çarxda insanlara “Yenidən qovuşacağımız günlər yaxında, hələlik isə evdə qalın! İşıqlı günlər üçün həmrəy olaq. Çünki biz birlikdə güclüyük” çağırışı edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR