"Azərkosmos" ASC Birləşmiş Ərəb Əmirliklərinin peyk şəbəkəsi üzrə xidmətlər həyata keçirən "TheAngle" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ASC-dən "APA-Economics"ə verilən məlumata görə, müqaviləyə əsasən "Azərkosmos" və "TheAngle" şirkəti Yaxın Şərq və Avropa regionlarında etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim edəcək.
Qeyd edək ki, sözügedən şirkət Yaxın Şərq və Avropa regionlarında telekommunikasiya sahəsində genişzolaqlı peyk xidmətləri və çoxsaylı peyk tətbiqləri təklif edir.