Azərbaycanın peyk rabitə operatoru “Azərkosmos” ASC-nin Bakıda fəaliyyət göstərən teleportu Dünya Teleport Assosiasiyasının “Sertifikatlaşdırma proqramı” çərçivəsində uyğunluq sertifikatına layiq görülüb.
“APA-Economics” ASC-nin yaydığı məlumata istinadən xəbər verir ki, Telekommunikasiya sahəsində Dünya Teleport Assosiasiyasının sertifikatına malik olmaq potensial müştərilərə xidmət və bazara uyğun səmərəli qiymət təklif edən teleport operatorlarını seçmək üçün güclü vasitədir.