Bank Of Baku

Bakıda kirayə mənzillərin qiyməti artıb

Bakıda kirayə mənzillərin qiyməti artıb
# 26 dekabr 2014 10:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin noyabr ayında Bakı şəhərinin kirayə mənzil bazarında təklif olunan mənzillərin əksər hissəsi böyük sahəyə malik olduğundan, bazarda aktivliyin azalmasına baxmayaraq qiymətlər 830 dollar/mənzil-dən 16,87% artaraq 970 dollar/mənzil dəyərində qərarlaşıb.

Bakı şəhərinin mənzil və torpaq bazarını araşdıran "MBA Consulting Group" şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bazarda əməliyyatların sayı isə 145-dən -1,36% azalaraq 145 ədəd təşkil edib.

Hər kv.m-ə görə isə kirayə haqqı -2,8% azalaraq 11,8 $/kv.m-dən 11,47 $/kv.m-ə düşüb. Qeyd edildiyi kimi, nəzərə alsaq ki, noyabr ayında bazara təklif edilən kirayə mənzillərin ümumi sahəsində artım qeydə alınıb, o zaman hər mənzilə görə qeyd edilən artmanı normal hesab etmək olar. Noyabr ayında tələb portfelində bahalı evlərin (aylıq kirayə haqqı 1000 dollardan yuxarı) payı 62,0% artaraq 40%, ucuz evlərin (aylıq kirayə haqqı 500 dollara qədər) payı isə -6,0% azalaraq 48,0% olub, orta qiymətə (500-1000 dollar aralığında) kirayə evlərinin payı isə uyğun olaraq 3,0% artaraq 42,0% təşkil edib.

 

Kirayə bazarında bu müddət ərzində müraciət edənlər əsasən tikilməkdə olan yeni tikililərin təhvilini gözləyən vətəndaşlar və iş ardınca paytaxta gələn miqrantlar olub, tələb portfelinin bir qismini isə qısa müddətli 1-2 ay müddətinə kirayə müqavilələri bağlayanlar təşkil edib.

Bu ilin noyabr ayında kirayə mənzil bazarında təklifin həcmi 18% artaraq 272 mənzil təşkil edib. Aktivliyin azalması nəticəsində təklif portfelində artmanın əsas səbəbini qeyri-mövsümi ayların olması ilə əlaqədardır. Nəzərə alsaq ki, qış aylarında tikinti sektorunda olan durğunluq nəticəsində Bakıya kənar şəhərlərdən gələn və kirayə evlərə ehtiyacı olan işçilərin azlıq təşkil etməsi, kirayə mənzil bazarında boş mənzillərin sayının artmasına gətirib çıxarıb.

Ay ərzində xüsusən də təklif portfelində daha çox baha qiymətə olan evlərin payının artması həmin seqmentə tələbin aşağı olması ilə bağlı olub. Kirayə mənzil bazarında seqmentlər üzrə təklif aşağıdakı kimin olub:

Son noyabr ayı ərzində təklif portfelinin strukturunda uğun dəyişiklik otaq sayında da müşahidə edilib.

Kirayə mənzil bazarında 2 və 3 otaqlı mənzillər üstün paya malikdirlər. Bazarda otaqlar üzrə qiymətlərin dəyişməsi təklif portfelində sayın dəyişməsi ilə tərs mütənasiblik təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR