Bank Of Baku

Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyi ötən il 9,6 mln. manatdan çox gəlir əldə edib

Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyi ötən il 9,6 mln. manatdan çox gəlir əldə edib
# 17 yanvar 2020 17:32 (UTC +04:00)

2019-cu il ərzində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi üzrə tarif gəliri ƏDV-siz 9,61 mln. manat təşkil edib.

APA-Economics” Nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, qurum qarşısında ötən ildə qoyulan plan və tapşırıqlar 100,9% əməl olunub.

İl ərzində  Ordubad, Şərur, Babək, Şahbuz rayonlarının kəndlərində ümumi tutumu 1760 nömrəlik ATS-lər yeni tikilən kənd mərkəzlərinə köçürülüb, onların əhatə etdiyi xətt təsərrüfatları yenidən qurulub.

Bundan əlavə Şərur və Babək rayonlarının bir sıra kəndlərində 1 280 nömrəlik yeni nəsil ATS-lər qurulub. Əhalinin tələbatı nəzərə alınaraq Bəbək rayonunda 32, Naxçıvan şəhərində 608 nömrə tutumu olan ATS-lər açıq ərazilərdə qurularaq istifadəyə verilib.

İl ərzində 2 329 ədəd yeni telefon nömrəsi istismara verilib. “Evədək optika” layihəsi çərçivəsində 35 fərdi mənzilə fiberoptik kabel xətti çəkilib və GPON avadanlığı quraşdırılıb. Muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar 5-ci mərhələ  üzrə işlər tamamlanıb, Culfa rayonunu əhatə edən bu layihə üzrə  mövcud 21 ədəd “Daewoo” və “Karel” tipli ATS-lər demontaj olunaraq yeni nəsil ATS-lər ilə əvəz olunub. Ümumilikdə, bu layihə ilə Culfa rayonu ərazisində 28 yeni nəsil ATS quraşdırma-tənzimləmə işləri başa çatdırılıb.

Bundan əlavə, rayonunun Əbrəqunus və Ərəfsə məntəqələri arasında çəkilən 28 km uzunluğunda 48 lifli  yeraltı fiberoptik kabel xəttinin tikintisi    bu xətt üzərində  10 Gbit/s telekommunikasiya sistemi qurulub.

Ötən il Naxçıvanın “Naxtel” mobil rabitə operatorun abunəçilərinin sayı 87 mini ötüb. İl ərzində 7 000-dən çox ADSL qoşulmaları qeydə alınıb, əhali üzrə internet paylayıcı nöqtələrinin aktiv sayı 30 minə yaxınlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR