Azərbaycanla Türkiyə arasında bütün sahələrdə həyata keçirilən layihələrdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun çox böyük bir önəmi var.
"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin 6-cı iclasında iştirakı çərçivəsində jurnalistlərə Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdemirli deyib.
Onun sözlərinə görə, yeni dəmir yolu xətti Azərbaycana, Türkiyəyə və digər region ölkələrinə bölgə və qlobal səviyyədə mövcud olan imkanlardan daha geniş şəkildə istifadə etməyə imkan yaradacaq.
Türkiyə Azərbaycanla qida, kənd təsərrüfatı, heyvandarlıq, meşə təsərrüfatı və digər sahələrdə əldə etdiyi nailiyyətlər ilə bölüşməyə hazırdır.
"Azərbaycan Türkiyə üçün dost və qardaş ölkədir və həmişəki kimi, biz hər məsələlərdə iş birliyimizi artırırıq", - deyə B. Pakdemirli əlavə edib.