Bank Of Baku

Qəbələdə 6 km yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilib

Qəbələdə 6 km yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilib
# 31 yanvar 2020 20:34 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin keçmiş Dağlar Yusifov adına Qəbələ Qızılbalıqartırma Zavodunun balansında olmuş 2,2 kilometrlik magistral yol və Qəbələ rayonu, Çuxur Qəbələ Bələdiyyəsinin balansında olan 3,8 kilometrlik avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.

Bununla əlaqədar Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nın “Qəbələ rayonu” bölməsində  müvafiq dəyişiklik edilib.  Beləliklə, Qəbələ rayonunda yerli əhəmiyyətli yolların uzunluğu 6 km artaraq 234 km-dən 240 km-ə çatıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR