"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən 2026-cı ilin yanvar-iyun aylarında 484 min tona yaxın kükürd və əlaqəli mallar daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31 %-dən çoxdur.
Bu barədə "APA-Economics" ADY-ə istinadən xəbər verir.
Məlumata görə, tranzit rejimdə daşınmış kükürd yükünün həcmi 30%-dən çox artaraq 369 min tondan 483 min tona yüksəlib. Bu göstəricinin böyük hissəsini qələvi metallar və metalloidlər, təqribən 8300 tonu isə yeni aktivləşən xam kükürd təşkil edir.