“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 25 avqustdan Xırdalan–Biləcəri mənzilində aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutları üzrə hərəkət edən şəhərətrafı qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik edəcək.
Bu barədə "APA-Economics"ə ADY-dən məlumat verilib.
Yenilənmiş hərəkət cədvəlinə əsasən, şəhərətrafı qatarların ümumi reys sayı 84-dən 90-a artırılacaq.
Avqustun 25-dən etibarən yeni hərəkət cədvəlləri www.ady.az saytında və “ADY Mobile” tətbiqində aktiv olacaq.
Sərnişinlərdən səfərlərini planlaşdırarkən yenilənmiş hərəkət cədvəli ilə əvvəlcədən tanış olmaları xahiş olunur.
“Bir daha qeyd edirik ki, bu dəyişiklik müvəqqətidir. Təmir işləri bitdikdən sonra Xırdalan-Sumqayıt xətti üzrə də sərnişindaşıma bərpa ediləcək”, - məlumatda qeyd olunub.
Yeni cədvəllər: https://sml.az/25-avqust-qrafik