Bank Of Baku

Azərbaycan və Pakistanın kosmik agentlikləri arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan və Pakistanın kosmik agentlikləri arasında anlaşma memorandumu imzalanıb
# 24 oktyabr 2022 15:04 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərkosmos” ilə Pakistan İslam Respublikasının Kosmos və Atmosferin Yuxarı Qatının Tədqiqi Komissiyası – SUPARCO arasında anlaşma memorandumu imzalanıb.

APA-Economics” nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, memorandum kosmosun müxtəlif sahələri üzrə əməkdaşlığı nəzərdə tutur. Buraya kosmik elm, texnologiya və tətbiqlər, kadr potensialının formalaşdırılması üzrə birgə fəaliyyət, həmçinin təcrübə mübadiləsi daxildir.

“Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov qeyd edib ki, memorandum Azərbaycan və Pakistan arasında kosmos yönümlü xidmətlərin təkmilləşdirilməsi, kosmik proqramın daha da genişləndirilməsi, o cümlədən məkan məlumatları sahəsinin inkişafı baxımından əhəmiyyət daşıyır.

SUPARCO-nun sədri Amer Nadem bu memorandumun ölkələrimizin firavan gələcəyi naminə birgə fəaliyyətə geniş imkanlar yaradacağını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR