Paşha Bank
Bank Of Baku

Özbəkistan parlament nümayəndə heyəti Zəfər parkını ziyarət edib

Tənzilə Narbayeva

© APA | Tənzilə Narbayeva

# 25 noyabr 2026 12:11 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edib.

APA xəbər verir ki, burada fəxri qarovul dəstəsi düzülüb.

Zəfər abidəsinin önünə əklil qoyulub. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR