Bank Of Baku

Azərbaycanda nəqliyyat vasitələri ilə yük daşımaları artıb - CƏDVƏL

Azərbaycanda nəqliyyat vasitələri ilə yük daşımaları artıb - CƏDVƏL
# 21 noyabr 2026 16:00 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat vasitələri ilə 205 milyon 52,2 min ton yük daşınıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, hesabat dövründə yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artıb.

Yük daşımalarının əsas hissəsi avtomobil nəqliyyatının payına düşüb. Belə ki, yanvar-oktyabr aylarında avtomobil nəqliyyatı ilə 130 milyon 387,6 min ton yük daşınıb ki, bu da illik müqayisədə 6,9% çoxdur.

Nəqliyyat sektorunda yük daşımaları (min ton):

2026-cı ilin yanvar- oktyabr aylarında

2025-ci ilin müvafiq dövründə

2025-ci ilin müvafiq dövrünə nisbətən, faizlə

Cəmi

205 052,2

198 274,1

103,4

o cümlədən:

Dəmir yolu

15 613,1

13 907,6

112,3

Dəniz

7 499,0

7 724,7

97,1

Hava

319,7

322,0

99,3

Boru kəməri

51 232,8

54 348,2

94,3

neft kəməri

27 532,6

30 580,7

90,0

qaz kəməri

23 700,2

23 767,5

99,7

Avtomobil

130 387,6

121 971,6

106,9

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR