Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azercell” 2016-cı il üçün hazırladığı yenilikləri təqdim etməkdə davam edir.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Azercell” növbəti dəfə Fakturasız Xətt (SimSim) abunəçilərini yeni tarif paketi ilə sevindirir.
Belə ki, 2 fevral tarixindən etibarən “Azercell” Fakturasız Xətt abunəçiləri üçün yeni “Kombo” tarif paketi istifadəyə verilib. İki paketden (“Kombo 8” və “Kombo 16”) ibarət olan “Kombo” tarifi abunəçilərə rahatlıq və qənaət etmək imkanı verir.
Kombo paketlərində dəqiqə, internet və SMS eyni paketdədir. Abunəçilər bu paketlərə ayda bir dəfə qoşulmaqla, danışıq dəqiqələrini, SMS və mobil internet paketini bir dəfəyə almış olacaqlar.
Kombo paketlərinə qoşulmaqla abunəçilər mobil xərclərinə ən azı 40% qənaət etmiş olurlar. “Kombo” paketlərində danışıq dəqiqələri, internet və SMS həcmlərinə görə ümumi paket qiyməti, bu həcmlərə ayrı-ayrılıqda verilən bütöv məbləğdən ən az 40% endirimlə təklif olunur.
Daha bir üstünlük isə şəbəkədaxili SMS-in limitsiz olmasıdır. Yəni, bu tarif paketinə qoşulan abunəçilər ay boyunca sevdiklərinə istədikləri qədər pulsuz şəbəkədaxili SMS göndərmək imkanı qazanırlar.
|
|
Kombo 8 |
Kombo 16 |
Paketdaxili həcmbitdikdən sonra hər 1deq/1mb üçün istifadə, AZN |
|
Paketin aylıq qiyməti |
8 AZN |
16 AZN |
- |
|
Şəbəkədaxili zəng |
200 dəq |
400 dəq |
0.05 |
|
İnternet |
500 MB |
1500 MB |
0.10 |
|
Şəbəkədaxili SMS |
LİMİTSİZ |
LİMİTSİZ |
- |
|
Şəbəkəxarici zəng |
- |
- |
0.05 |
Qeyd edək ki, paketlər hər ay avtomatik yenilənir və bununla da abunəçiyə həm ay ərzində mobil istifadə üçün lazım olan hər şeyi bir dəfəyə almaq rahatlığı yaradır. Bu paketlər abunəçilərə, həm də onlara ay ərzində telefon xərclərini idarə etmək imkanı verir. Bu tarifin daha bir üstünlüyü ondan ibarətdir ki, ay ərzində paketdaxili həcmlər 30 gündən tez bitərsə, abunəçilər endirimli əlavə internet və əlavə şəbəkədaxili dəqiqə paketlərindən istifadə etmək imkanı əldə edir. “Kombo” tarif paketinə qoşulmaq üçün abunəçilər “Kombo 8” və ya “Kombo 16” açar sözünü yazıb 7575-ə göndərə bilər.